Xəzər Xəbər

“Real Madrid”in kapitanları arasında insident

İdman | 12:08 • 11 Mart 2019
“Real Madrid”in kapitanları arasında insident

İnsidentin əlbəyəxa dava səviyyəsinə çatmamasına digər futbolçular imkan verməyiblər.

İspaniyanın "Real Madrid” komandasının kapitanları Serxio Ramos və Marselo məşq zamanı mübahisə ediblər.

"Marca” xəbər verir ki, insident martın 9-da səhər məşqində baş verib. İkitərəfli oyunda sözügedən futbolçular fərqli komandaların heyətində yer alıblar. Bu zaman braziliyalı sol cinah müdafiəçisinin yer aldığı kollektivin qələbəsini bayram etməsi ispaniyalı arxa xətt oyunçusunun xoşuna gəlməyib. Nəticədə Ramos və Marselo mübahisə ediblər.

İnsidentin əlbəyəxa dava səviyyəsinə çatmamasına digər futbolçular imkan verməyiblər.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "Real Madrid” La Liqada 27 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Barselona” isə 63 xala malikdir.(report.az)

Xəbər lenti