Xəzər Xəbər

"Yuventus"dan ilin "bombası": yeni baş məşqçi ilə anlaşma əldə olundu

İdman | 17:25 • 9 Mart 2019
"Yuventus"dan ilin "bombası":

UEFA və İngiltərə Futbol Federasiyasının maliyyə yoxlamalarına başladığı "Mançester Siti" növbəti zərbəni baş məşqçisi Pep Qvardioladan ala bilər.


İtaliyanın "Il Giornale" qəzetinin müxbiri Luici Guelpa kataloniyalı mütəxəssisin gələn mövsüm A Seriyasında çalışacağını iddia edib. Onun sözlərinə görə, 48 yaşlı məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağa hazırlaşan "Yuventus"la anlaşıb.


"Pep Qvardiolanın "Yuventus"la 4 illik müqaviləni razılaşdırdığını öyrəndim. Bu məlumatı mənə Kriştiano Ronaldonun "Yuventus"a transfer olunduğunu deyən şəxs söylədi" deyə Luici Guelpa bildirib.


Fanat.Az

Xəbər lenti