Xəzər Xəbər

10 milyona alınan futbolçu 80 milyona transfer olunacaq

İdman | 15:56 • 9 Mart 2019
10 milyona alınan futbolçu 80 milyona transfer olunacaq

"Barselona", "Bavariya" və "Arsenal"ın transfer etmək istədiyi Nikolas Pepenin transfer qiyməti müəyyənləşib.


"RMC Sport" xəbər verir ki, bu barədə "Lill" klubu açıqlama yayıb. Klubdan bildirilib ki, Pepenin transfer qiyməti 50-80 milyon avrodu.


Qeyd edək ki, 23 yaşlı futbolçu 2017-ci ildə "Angers"dan "Lill"ə 10 milyon avroya tranfser olunub. O, cari mövsümdə oynadığı 30 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti