XəzərXəbər xəbər verir ki, "Real” gələn mövsüm üçün güclənir. Madrid klubuna keçəcək futbolçuların adı arasında çox məşhur isimlər səslənir: Məhəmməd Salah, Eden Azar, Neymar. İspaniya mətbuatının yazdığına görə, "Real” məhz Neymarı heyətinə qoşmaq istəyir. "Kral klubu” braziliyalı üçün 350 milyon avro ödəməyə hazırdır. Bu, futbol tarixində rekord transfer təklifi sayılır. Elə ən böyük məbləği də PSJ Neymar üçün ödəmişdi.
Braziliyalı futbolçu ildə rekord məbləğdə – 45 milyon avro məvacib ala biləcək. İndi Neymar PSJ-də ildə 36 milyon avro qazanır.
Neymarın onsuz da PSJ-də işləri yaxşı getmir. Paris klubuna təzə gələndə Edison Kavani ilə penalti yerinə yetirmək üstündə mübahisəsi düşmüşdü. İndi futbolçu zədəlidir. Bundan başqa, PSJ də Çempionlar Liqasında mübarizəni dayandırıb. Böyük ehtimalla Neymar yayda "Real”da peyda olacaq.