Xəzər Xəbər

"Ayaks" mövsümün sonunda dağılacaq - Şok siyahı

İdman | 14:45 • 9 Mart 2019
"Ayaks" mövsümün sonunda dağılacaq -

Çempionlar Liqasında "Real"ı məğlub edərək 1/4 finala çıxan "Ayaks"ın heyəti mövsümün sonunda böyük ölçüdə dağılacaq.


Yetişdirdiyi istedadlarla yanaşı, kiçik məbləğə heyətinə qatdığı futbolçularla keçmiş günlərini xatırladan Hollandiya klubunun yeni mövsümə yeni heyətlə başlayacağı gözlənilir. Çünki Amsterdam təmsilçisinin əskər futbolçuları Avropa nəhənglərinin hədəfindədi. Komandanın ulduzlarına böyük məbləğli transfer təklifləri gəlməyə başlayıb.


Amma "Ayaks" bu vəziyyətdən narahat deyil. Hollandiyada fəaliyyət göstərən "Football Orange" saytının qurucusu Maykl Bell, "Ayaks" fanatları oyunçularının çoxunun mövsümün sonunda komandadan ayrılacağını bilir. Onlar bu vəziyyətə görə sadəcə qürur hissi keçirirlər. "Ayaks" böyük klublarla pul yarışına girə bilməz. Azarkeşlər də bunu bilir. Bir neçə il olsa da, komandalarının uğurlu performans göstərməsi onlar üçün yetərlidi" deyir.


"Ayaks"ı tərk edəcək ilk futbolçu Frenki de Yonq olacaq. Klub artıq onun "Barselona"ya keçidini raxılaşdırıb və bu barədə rəsmi açıqlama verib. Bu transferdən Amsterdam təmsilçisinin büdcəsinə 75 milyon avro daxil olacaq. Üstəlik futbolçunun performansından aslı olaraq 11 milyon bonus da gələ bilər. "Ayaks" bu futbolçunu heyətinə pulsuz qatmışdı.


Komandanı tərk etməsi gözlənilən ikinci oyunçu Mattis de Liqtdi. 19 yaşlı stoper uğrunda "Barselona", PSJ və "Liverpul" mübarizə aparır. "Ayaks"ın bu futbolçunun satışından ən azı 80 milyon avro qazanacaq.


"Ayaks"dan mövsümün sonunda ayrılması gözlənilən digər futbolçu Nikolas Taqliafikodu. 26 yaşlı argentinalı sol cinah futbolçusu "Real"la danışıqlar aparır. Onu "Arsenal" da istəyir.


Donni van de Beekin də Hollandiya klubundan ayrılacağı deyilir. Yarımmüdafiəçi ilə bağlı hazırda "Everton"la danışıqlar gedir. İngiltərə klubu bundan əvvəo "Ayaks"dan Davi Klaasseni 25 milyon avroya transfer etmişdi. Van de Beeklə "Milan"ın da maraqlandığı bildirilir.


Özünü yaxşı tərəfdən göstərən Hakim Ziyeçin də İngiltərəyə üz tutması gözlənilir. Belə ki, "Lester" bu futbolçunu Riyad Mahrezin yerinə transfer etmək niyyətindədi. Mərakeşli fubolçu ilə Dortmund "Borussiya"sı və "Roma" da maraqlanır.


Duşan Tadiçin adı isə "Bavariya" ilə yanaşı çəkilir. Düzdü, "Ayaks" rəhbərliyi futbolçunun daha bir mövsüm komandada qalmaq istədiyini deyir. Amma yayda "Bavariya"ya keçməsi mümkündü.


22 yaşlı Andre Onananı da "Barselona"nın istədiyi bildirilir. Kataloniya klubu komandanı tərk etmək istəyən Casper Killessenin yerinə məhz bu futbolçunu transfer etmək istəyir. "Barselona" Killesseni də "Ayaks"dan almışdı.


Qeyd edək ki, "Ayaks" bundan əvvəl Kasper Dolberq üçün "Monako"dan, Hakim Ziyeç üçün isə "Borussiya"dan (Dortmund) gələn təklifləri rədd etmişdi. Hollandiya klubu futbolçuları üçün özünün müəyyənləşdirdiyi qiymətdə gələn təklifləri qəbul edəcəyini açıqlayıb.


Bəs "Ayaks" ulduz futbolçularını satacağı halda hansı addımları atacaq? Hollandiya klubu həmişəki kimi ucuz və istedadlı futbolçuları heyətinə qatacaq. Bunlardan biri "Real"a məxsus olan Martin Odeqaarddı. "Kral Klubu"ndan heyətə düşə bilməyən və icarəyə verilən 20 yaşlı norveçli futbolçunun yayda "Ayaks"a keçəcəyi deyilir.


Bundan başqa klubun akademiyasında yetişən çox sayda gənc istedad var. Onlardan bəzilərinin yeni mövsümdə əsas komandada olacağğı deyilir. Onların arasında Perr Şkuurs və Dani de Vit kimi ulduz olmağa namizəd istedadlar var.


Fanat.Az

Xəbər lenti