Xəzər Xəbər

Ançelottidən PSJ açıqlaması: "Özümü körpüdən atardım"

İdman | 12:39 • 9 Mart 2019
Ançelottidən PSJ açıqlaması:

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində"Mançester Yunayted"ə 1:3 hesabı ilə udzaraq, mübarizəni dayandırmasından danışıb.

İtaliyalı çalışdırıcı nəticəni inanılmaz adlandırıb: "Bu, inanılmaz nəticədir. PSJ-nin ehtiyat oyunçular skamyasında əyləşsəydim, nə edərdim, bilmirəm. Çox ehtimal, ən yaxın körpüyə gedib, özümü atardım".

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2012/13 mövsümündə PSJ-nin baş məşqçisi olub.

Xəbər lenti