Xəzər Xəbər

"Real"ın qənimi həftənin ən yaxşı futbolçusu seçildi

İdman | 11:31 • 9 Mart 2019
"Real"ın qənimi həftənin ən yaxşı futbolçusu seçildi

Çempionlar Liqasında 1/8 final mərhələsində son həftədə keçirilən cavab oyunlarından sonra ən yaxşı futbolçu məlum olub.

Azarkeşlər arasında keçirilən sorğuda, "Ayaks”ın hücumçusu Duşan Tadiç ən yaxşı seçilib.

Serbiyalı forvard "Tottenhem”in qapıçısı Uqo Loris, "Mançester Yunayted”in hücumçusu Romelu Lukaku və "Portu”nun hücumçusu Mussa Marequya qalib gələrək, birinci olub.

Tadiç, "Ayaks”ın "Real”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Xəbər lenti