Xəzər Xəbər

Neymardan ŞOK HƏRƏKƏT: "Mançester Yunayted"ə məğlubiyyətdən sonra...

İdman | 11:51 • 8 Mart 2019
Neymardan ŞOK HƏRƏKƏT:

PSJ-nin ulduz futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Mançester Yunayted"ə uduzduqları matçdan sonra hakimlər otağına girmək istəyib.

27 yaşlı hücumçunu Paris təmsilçisinin nümayəndələri uzaqlaşdırıblar.

Braziliyalı oyunçu referinin matça əlavə olunmuş dəqiqələrdə videotəkrara baxdıqdan sonra verdiyi qərardan narazı qalıb. Həmin epizodda top PSJ-nin futbolçusunun əlinə dəyib və baş hakim penalti təyin edib. Cərimə zərbəsini dəqiq yerinə yetirən Markus Raşford İngiltərə klubunu növbəti mərhələyə daşıyıb.

Qeyd edək ki, görüş "Mançester Yunayted"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Neymar qarşılaşmadan sonra "Twitter"də paylaşım edib. O, matçın kor hakimlər tərəfindən idarə olunduğunu yazıb. Hücumçu zədə səbəbindən bu görüşdə iştirak etməyib./publika.az

Xəbər lenti