Xəzər Xəbər

Messi yenidən Argentina millisinə çağırıldı

İdman | 10:01 • 8 Mart 2019
Messi yenidən Argentina millisinə çağırıldı

"Barselona"nın forvardı Lionel Messi yenidən Argentina millisinə çağırılıb.

Messi 2018-ci il Dünya çempionatının 1/8 final matçından sonra milli komandanın oyunlarında iştirak etməyib.

Yığmanın mətbuat xidmətinin məlumatına görə, hücumçu Venesuela (22 Mart) və Mərakeş (26 Mart) ilə yoldaşlıq oyunlarında komandanın sıralarına qatılacaq.

Messinin hesabında yığmada 128 oyun və 65 qol var.(report.az)

Xəbər lenti