Xəzər Xəbər

Tuxel "şeytan oyunu"na cavab tapdı: "Gülməli hesabdı"

İdman | 14:52 • 7 Mart 2019
Tuxel "şeytan oyunu"na cavab tapdı:

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Mançester Yunayted”in evdə (0:2) yenildiyi PSJ-ni Parisdə 3:1 hesabıyla üstələyərək mərhələ adlaması gecəyə damğa vurdu.

Parislilərin çalışdırıcısı Tomas Tuxel yenilgiyə belə şərh verib:

"İzah etmək asandı: ilk 30 dəqiqədə oyuna nəzarət bizdə olsa da, rəqibə 2 qol hədiyyə etdik. Birinci hədiyyədən sonra soyuqqanlı oynadıq, xarakter göstərdik. Çox qol şansımız oldu, rəqib isə hücum edə bilmirdi. Ancaq bunun fonunda ikinci qol da onlardan gəldi. PSJ matça diktə edən tərəf oldu. Gülməli hesabdı. İkinci hissədə isə "Mançester Yunayted"in bir dəfə də olsun qol imkanı olmadı. Fransa Liqa Kubokunda "Genqam"a uduzduğumuz zaman eyni hissləri keçirmişdim. "Mançester Yunayted"in bura qələbə üçün gəldiyini hiss etmədim. Ancaq onlar bunu etdilər".

Fanat.Az

Xəbər lenti