Xəzər Xəbər

PSJ-nin 100 milyon avroluq transfer planı

İdman | 14:36 • 7 Mart 2019
PSJ-nin 100 milyon avroluq transfer planı

Fransanın PSJ klubu yay transfer pəncərəsinin planlarını cızır.

XəzərXəbər xəbər verir ki, mövsümün sonunda klubdan ayrılacaq Adrien Rabyonun əvəzinə "Latsio"nun yarımmüdafiəçisi Sergey Milnkoviç-Saviçi transfer hədəfinə alıb. Fransa mətbuatının məlumatına görə, paytaxt klubu Serbiya millisinin üzvü üçün 100 milyon avrosundan keçməyə hazırdır.

"Latsio" ilə 2023-cü ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu cari mövsüm 30 oyuna 4 qol vurub, 2 assist edib.

Xəbər lenti