Xəzər Xəbər

Mahir Mədətov Yunanıstan klubunun transfer hədəfində

İdman | 14:25 • 7 Mart 2019
Mahir Mədətov Yunanıstan klubunun transfer hədəfində

"Qarabağ"ın futbolçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər.

XəzərXəbər "Sport Time" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə AEK maraqlanır. Afina təmsilçisi artıq qış transfer dönəmində gənc oyunçu ilə danışıq aparıb. Ancaq daha sonra keçidin yaya saxlanılması məqsədəuyğun hesab edilib. Nəşr iddia edir ki, mövsümün sonunda bu transferin reallaşma ehtimalı yüksəkdi.

Mahir Mədətov bu mövsüm 34 oyunda iştirak edib, 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

AEK son Yunanıstan çempionudu. Komanda hazırda davam edən mövsümdə 4-cü pillədə qərarlaşıb.

Xəbər lenti