Xəzər Xəbər

Çempionlar Liqasından biabırçı şəkildə ayrılan "Real Madrid"in gündəmi: Zidan qayıdır

İdman | 12:25 • 7 Mart 2019
Çempionlar Liqasından biabırçı şəkildə ayrılan

Çempionlar Liqasında "Ayaks"a məğlub olaraq ¼ finala belə düşə bilməyən "Real Madrid"in gündəmində hazırda baş məşqçi postunu möhkəmləndirmək var.

"Kral klubu” Santyaqo Solarinin xidmətindən narazı olduğu üçün tezliklə onu əvəzləyəcək.

"Real”a rəhbərlik edəcək namizədlərin siyahısı ilə genişdir. "Goal.com” nəşri "Real” üçün 13 nəfərlik namizəd siyahısı yayımlayıb. Siyahıya "Mançester Yunayted”dən qovulan Joze Mourinyo başçılıq edir. Bundan başqa, ötən il gözlənilməz şəkildə Madrid klubundan istefa verən Zinəddin Zidanın da qayıtma ehtimalı var.

Həmin siyahını təqdim edirik:

Joze Mourinyo

Massimiliano Alleqri

Maurisiyo Poçettinonu

Antoniyo Konte

Raul Qonzales

Fernando Herro

Quti Hernandes

Zinəddin Zidan

Arsen Venger

Yoham Löv

Klaudio Ranyeri

Mikel Arteta

Klarense Zedorf

Xəbər lenti