Xəzər Xəbər

Qvardiola: "Gündoğan müqaviləni uzatmaq istəmirsə, nəsə edə bilmərik"

İdman | 10:47 • 7 Mart 2019
Qvardiola:

"Mançester Siti" ilə müqaviləsi 2020-ci ilin yayında bitəcək İlkay Gündoğanla bağlıklubun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

İspan mütəxəssis Almaniya millisinin üzvüylə müqavilənin uzadılmasını istəyir:

"İlkay ondan nə istədiyimizi bilir. Ancaq son qərarı biz yox, özü verəcək. Müqaviləsini uzatmaq istəyirik. Ancaq o, müqaviləni uzatmaq istəmirsə, biz nəsə edə bilmərik. İlk mövsümündə zədə səbəbindən uzun müddət oynamadı. Lakin zaman keçdikcə bizim üçün vacib futbolçu oldu. Danışıqlarımız davam edir".

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Mançester Siti"də çıxış edir.

Xəbər lenti