Xəzər Xəbər

Şenol Günəş "Beşiktaş"dan gedir: yeni baş məşqçi bəllidir

İdman | 10:02 • 7 Mart 2019
Şenol Günəş "Beşiktaş"dan gedir:

Türkiyə millisinin yeni baş məşqçisi təyin edilən Şenol Günəş martın 22-də Albaniya, 3 gün sonra Moldova ilə oyunlarda yığmanın "sükanı arxası"nda olacaq.

XəzərXəbər xəbər verir ki, "Beşiktaş"ın federasiya rəhbərliyinin bu qərarına cavabı gecikməyib. İstanbul təmsilçisi həftəsonu "Konyaspor"la oyunda xal itkisi baş verəcəyi halda, Şenol Günəşlə yolları ayıracaq. Baş məşqçi postuna isə mövsümün sonuna qədər köməkçi-məşqçi olan Quti Hernandes keçəcək.

Digər məlumata görə isə "Konyaspor"la oyundan sonra nəticədən asılı olmayaraq, Şenol Günəş "Beşiktaş"dan gedəcək.

Xəbər lenti