Xəzər Xəbər

Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb

İdman | 17:59 • 6 Mart 2019
Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb

Martın 6-da AFFA-nın Futbol Akademiyasında Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb.


Xezerxeber.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvləri və iştirakçı komandaların nümayəndələri iştirak edib.


Püşkatmaya əsasən, birinci pley-off mərhələsində "İmişli”-"FC Baku”, "Füzuli”-"Ümid” (Cəlilabad), "Şirvan” (Ağdaş)-"Ağsu Siti”, "Şahdağ” (Qusar) – "Göyəzən” (Qazax), "Energetik” (Mingəçevir)-"Salyan” və "Uğur Sumqayıt”-"Alyans” görüşləri keçiriləcək.


Birinci pley-off mərhələsinin ilk oyunları martın 9-10-da, cavab görüşləri ayın 16-17-də təşkil olunacaq.

Xəbər lenti