Xəzər Xəbər

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino iki oyunluq cəzalanıb

İdman | 16:41 • 6 Mart 2019
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino iki oyunluq cəzalanıb

İngiltərə Futbol Federasiyası (FA) "Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettinonu iki oyunluq cəzalandırıb.

Xezerxeber.az xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Premyer Liqanın XXVII turunda "Börnli” klubu (2:1) ilə görüşdə baş hakim Mayk Din ilə mübahisə etməsidir. Həmçinin argentinalı məşqçi bu davranışına görə 10 min funt sterlinq məbləğində cərimə də ödəməli olacaq.

Poçettino növbəti turlarda "Sautqempton” və "Liverpul”la görüşlərdə texniki zonada əyləşə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində hazırda 61 xalla üçüncü yerdə qərarlaşıb.

Xəbər lenti