Xəzər Xəbər

"Yuventus" ona 120 milyon verməyə hazırdı

İdman | 15:59 • 6 Mart 2019
"Yuventus" ona 120 milyon verməyə hazırdı

"Benfika"nın yarımmüdafiəçisi Joao Feliş uğrunda mübarizə qızışır.

Daha bir Avropa nəhəngi 19 yaşlı oyunçu uğrunda yarışa qoşulub.

Belə ki, "Mançester Yunayted", "Barselona", "Real" və "Atletiko"dan sonra "Yuventus" da hücumameyilli futbolçunu transfer etmək niyyətindədi. Hətta rəqiblərini qabaqlayan "qoca sinyora" "Benfika"ya nə az, nə çox, düz 120 milyon avro təklif edib. Turinlilər qarşı tərəflə rəsmi danışıqlara start veriblər.

Qeyd edək ki, Joao Feliş ötən ildən "Benfika"da əsas komandanın formasını geyinir./fanat.az

Xəbər lenti