Xəzər Xəbər

Sulşer PSJ-yə meydan oxudu: "4:2 hesabı ilə qalib gəlmək yaxşıdı"

İdman | 15:48 • 6 Mart 2019
Sulşer PSJ-yə meydan oxudu:

"Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində PSJ ilə keçirəcəkləri oyundan danışıb.

Evdəki görüşdə yetirmələrinin 0:2 hesablı yenilgisinə şahidlik edən norveçli çalışdırıcı MY-nin mətbuat xidmətinə açıqlama verib:

"Özümüzü hesabdan silə bilmərik. Son vaxtlar səfər oyunlarında fantastik təsir bağışlamışıq və PSJ-yə gücümüzü göstərməyə hazırlaşırıq. Komandam öz oyunundan zövq almalıdı. Bilirik ki, Paris qonaqların sözünü deməsi üçün o qədər də münasib yer deyil. Onlar "Old Trafford”da da xoş təsir bağışlayıblar. Deməli, cavab qarşılaşması futbolçularımız üçün əla çağırışdı. Fasiləyə qədər bir qol vursaq, ikinci yarıda hər şey baş verə bilər. Qolları vursaq, heç 2:0 hesabını da qorumağa çalışmayacağıq. Məncə, iki top vurub nəticəni qorumağa çalışmaqdansa, 4:2 hesabı ilə qalib gəlmək yaxşıdı”.

Fanat.Az

Xəbər lenti