Xəzər Xəbər

Messi ilə bağlı şok qadağa: toxunmaq yasaqlandı

İdman | 15:43 • 6 Mart 2019
Messi ilə bağlı şok qadağa:

Rusiyadakı dünya çempionatındakı uğursuzluqdan sonra milli komandadan imtina edən Lionel Messi aylar sonra yenidən Argentina forması geyinməyə hazırlaşır.


"Barselona"nın ulduzu Venesuella və Mərakeşlə yoxlama oyunlarına dəvət alıb. Afrika mətbuatında yayılan xəbərə görə, Mərakeşlə oyun öncəsi Messini qoruma üçün bir anlaşma əldə olunub.


Anlaşmaya görə, Mərakeş Futbol Federasiyası Argentina yığması üçün xüsusi təyyarə ayıracaq. Müqavilədə Messi ilə bağlı da bəzi maddələr var. Belə ki, ulduz futbolçu ən azı 60 dəqiqə meydanda olmalı, mərakeşli futbolçular ona qarşı sərt müdaxilələr etməməlidi.


Xəbərdə bildirilir ki, Mərakeşin baş məşqçisi Herve Renard futbolçularına "Messiyə toxunmayın" tapşırığını verib.


Qeyd edək ki, Mərakeş - Argentina oyunu martın 26-da keçiriləcək.


Fanat.Az

Xəbər lenti