Xəzər Xəbər

"Feyenoord"un yeni baş məşqçisi məlum oldu

İdman | 14:57 • 6 Mart 2019
"Feyenoord"un yeni baş məşqçisi məlum oldu

Hollandiyanın "Feyenoord" klubunun yeni baş məşqçisi bəlli olub.

XəzərXəbər xəbər verir ki, Rotterdam təmsilçisi mövsümün sonunda komandadan ayrılacağını bəyan edən Covanni van Bronkxorstun əvəzinə Yap Stamla anlaşıb. Hollandiya futbolunun əfsanələrindən olan Yap Stam "Feyenoord"da növbəti mövsümdən işləməyə başlayacaq.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis hazırda Erediviziya təmsilçisi "Zvolle"ni çalışdırır.

Xəbər lenti