Xəzər Xəbər

"Ayaks"ın baş məşqçisi: "Mərhələ adlamağa layiq idik"

İdman | 14:53 • 6 Mart 2019
"Ayaks"ın baş məşqçisi:

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Real"ı səfərdə 4:1 hesabı ilə məğlub edərək, mərhələni keçən"Ayaks"ın baş məşqçisiErik ten Haq zəfəri şərh edib.

49 yaşlı baş məşqçi mərhələ adlamağa layiq olduqlarını deyib: "Möhtəşəm nəticə qazandıq. Mərhələ adlamağa layiq idik. Biz mübarizəyə II təsnifat mərhələsindən başlamışıq və 1/4 finala kimi gəldik. Rəqibimizin kim olmasının fərqi yoxdur. Onsuz da böyük komanda ilə qarşılaşacağıq. "Real" da bu klublardan biri idi".

Xəbər lenti