Xəzər Xəbər

Sabiq “Qalatasaray”lı TFF prezidenti olmaq istəyir?

İdman | 13:44 • 6 Mart 2019
Sabiq “Qalatasaray”lı TFF prezidenti olmaq istəyir?

"Qalatasaray"ın sabiq futbolçusu Hakan Ünsal Türkiyə Futbol Federasiyasınınprezidentiolmaq istəyir.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata açıqlama verən veteran futbolçu bu vəzifə üçün hazır olduğunu bildirib. O, prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyib.

Qeyd edək ki, Hakan Ünsal hazırda Peşəkar Futbolçular Dərnəyinin prezidentidir.

Əlavə edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən ötən həftə istefa verdiyini açıqlayıb. Qurumda növbəti prezident seçkiləri iyun ayında olacaq. O vaxta kimi TFF-yə vitse-prezident Hüsnü Güreli rəhbərlik edəcək.

Xəbər lenti