Xəzər Xəbər

Çempionlar Liqası: “Porto” “Roma”ya, PSJ MY-yə qarşı

İdman | 10:59 • 6 Mart 2019
Çempionlar Liqası:

Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki cavab qarşılaşması keçiriləcək.

XəzərXəbər xəbər verir ki, oyunlar Portuqaliya və Fransada baş tutacaq.

Səfərdə "Roma”ya 1:2 hesabı ilə uduzan "Porto” doğma meydanda turu keçməyi hədəfləyir. Portuqaliyalılar səfərdə vurduğu qola da ümid edirlər. Meydan sahiblərinin heyətində uzun müddətdi zədəli olan Abubakar xaricində əskik yoxdu. "Roma” isə ilk oyunda olduğu kimi bu dəfə də Cengiz Ündərin xidmətindən yararlana bilməyəcək. Manolas və Zaniolonun son vəziyyətinə isə oyun saatına qədər aydınlıq gələcək.

PSJ isə azarkeşləri önünə 2:0 hesablı səfər qələbəsinin rahatlığı ilə çıxacaq. Parislilər əsas qol silahları Edison Kavani və Neymarın xidmətindən məhrumdur. "Mançester Yunayted”in heyəti isə bu baxımdan faciəvi vəziyyətdədir. Baş məşqçi Ule-Qunnar Sulşer zədə səbəbindən Errera, Mata, Matiç, Linqard, Sançez və Valensiyanı oynada bilməyəcəksə, Pol Poqbanın meydana çıxmasına ilk oyunda aldığı qırmızı vərəqə mane olacaq.

Çempionlar Liqası.1/8 final, cavab oyunu

00:00. "Porto” – "Roma”

Porto, "Estadio do Dragao”. Baş hakim: Cüneyt Çakır (Türkiyə)

00:00. PSJ – "Mançester Yunayted”

Paris. "Parc de Prince”. Baş hakim: Damir Skomina (Slovakiya)

Xəbər lenti