Xəzər Xəbər

"Çelsi"dən yalnız "Milan"a keçərəm"

İdman | 16:08 • 5 Mart 2019
"Çelsi"dən yalnız "Milan"a keçərəm"

"Milan”ın ötən yay "Çelsi”dən icarəyə götürdüyü Temue Bakayoko açıqlama verib.

XəzərXəbər-in "Mirror”a istinadən məlumatına görə, yarımmüdafiəçi belə deyib:

"Yəqin bu tanrının işi idi. "Çelsi”də vəziyyət yaxşı deyildi və mən qurbana çevrilmişdim. Baş məşqçi postuna Mauritsio Sarri gətirildi. Rəhbərlik onun üçün yeri yarımmüdafiəçi transfer etdi. Jorjinyonun gəlişindən sonra getmək vaxtının çatdığını anladım. İcarə müqaviləsinin müddəti başa çatandan sonra "Çelsi” ilə vidalaşsam, yalnız "Milan”a keçmək istəyərəm. Bu klubda uşaqlıqdan oynamaq istəmişəm. Talenin qarşıma çıxardığı şansdan çox məmnunam”.

Qeyd edək ki, Bakayokonun icarə müqaviləsinin dəyəri 5 milyon avrodu. "Milan” onu transfer etmək istəsə, "zadəganlar”a daha 35 milyon avro ödəməlidi.

Fanat.Az

Xəbər lenti