Xəzər Xəbər

Milandakı məşhur stadion sökülə bilər

İdman | 15:17 • 5 Mart 2019
Milandakı məşhur stadion sökülə bilər

İtaliyanın "Milan” və "İnter” komandalarının ev oyunları keçirdikləri məşhur "San Siro” stadionunun sökülərək yerində 60 min tamaşaçı tutumuna malik yeni stadionun tikintisi nəzərdə tutulur.


AZƏRTAC İtaliyanın "it.eurosport.com” saytına istinadla xəbər verir ki, 600 milyon avroya başa gələcək stadionun 2023-cü ilə qədər hazır olması planlaşdırılır.


"Milan” klubu sözügedən arenanın yerində yeni stadionun inşası üçün şəhər rəhbərliyinin razılığını alıb. Lakin bildirilir ki, "San Siro”nun sökülməsi üçün "İnter” klubunun da layihəyə "yaşıl işıq” yandırması lazımdır.


Qeyd edək ki, 80 min tamaşaçı tutumuna malik "San Siro” stadionu 1926-cı ildə inşa edilib. Futbol arenasında 1934-cü və 1990-cı illərdə dünya çempionatlarının, 1965-ci və 1970-ci illərdə Avropa çempionlar kubokunun, 2001-ci və 2016-cı illərdə isə Çempionlar Liqasının final oyunları keçirilib.

Xəbər lenti