Xəzər Xəbər

"Bavariya"nın ulduzu Türkiyə klubuna keçir 4 milyon avroya...

İdman | 16:46 • 3 Mart 2019
"Bavariya"nın ulduzu Türkiyə klubuna keçir

"Bavariya”nın əfsanəsi Frank Riberi Türkiyə klubuna keçmək istəyir.

Alman klubu ilə müqaviləsini yeniləmək niyyətində olmayan ulduz İstanbul təmsilçisi "Qalatasaray”a meneceri vasitəsilə xəbər yollayıb.

Əsəbistan və Çindən gələn təklifləri birmənalı şəkildə rədd edən Riberi "Qalatasaray”da yarımçıq qalan hekyəsini tamamlamaq istədiyini deyib.

"Sarı-qırmızı” klubun idarə heyəti isə təklifin hələ dəyərləndirilmədiyini bildirib. Fransalı futbolçunun yaşı (35) və illik 4 milyon avroya çatan maliyyəsindən dolayı transferinə isti yanaşılmır.

Qeyd edək ki, Riberi ötən ilin 11 may tarixində "Qalatasaray” ilə Türkiyə kuboku qazanmışdım. Xatırlayan varmı? O möhtəşəm azarkeşlərin qarşısında oynamaq mənim üçün böyük zövq idi” sözləri ilə tvit atmışdı.

Qeyd edək ki, Riberi 2005-ci ildə "Qalatasaray" forması geyinib. 2007-ci ildən bəri isə "Bavariya"nın şərəfini qoruyur.

Xəbər lenti