Xəzər Xəbər

Poqba "Mançester Yunayted"də qalmaq üçün şərt qoydu

İdman | 15:43 • 3 Mart 2019
Poqba "Mançester Yunayted"də qalmaq üçün şərt qoydu

Joze Mourinyo istefaya göndərilsə də, Paul Poqbanın yayda "Mançester Yunayted"i tərk ehtimalı davam edir.


Fanat.Az xəbər verir ki, 2016-cı ildə "Yuventus"dan İngiltərə klubuna 105 milyon avroya transfer olunan fransalı futbolçunun komandada qalmaq üçün şərti var. "Tuttosport"un məlumatına görə, Poqba "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanacağı halda komandada qalacağını bildirib. Əks halda isə "Yuventus"a dönmək niyyətindədi.


Fanat.Az

Xəbər lenti