Xəzər Xəbər

Azərbaycan–Litva yoldaşlıq oyununun biletləri satışa çıxarılıb

İdman | 10:48 • 2 Mart 2019
Azərbaycan–Litva yoldaşlıq oyununun biletləri satışa çıxarılıb

Martın 25-də "Bakcell Arena”da keçiriləcək futbol üzrə Azərbaycan–Litva yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.


Xezerxeber.az AFFA-ya istinadla xəbər verir ki, saat 18:00-da başlayacaq oyunun biletlərinin qiyməti tribunalardakı kateqoriyalardan asılı olaraq 1, 2 və 10 manat olacaq.


Biletləri alarkən şəxsiyyət vəsiqəsi və ya pasport təqdim olunmalıdır.

Xəbər lenti