Xəzər Xəbər

“Ankaragücü” səfərdə “Antalyaspor”u məğlub edib

İdman | 09:10 • 2 Mart 2019
“Ankaragücü” səfərdə “Antalyaspor”u məğlub edib

Futbol üzrə Türkiyə Superliqasının XXIV turunun ilk görüşündə "Ankaragücü” "Antalyaspor”un qonağı olub.


Oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yada qalıb. Görüşün 19-cu dəqiqəsində "Antalyaspor”un hücumçusu Çico hesabı açıb. Lakin qonağların cavab qolu çox da gecikməyib. Dever Orcill 21-ci dəqiqədə hesabı bərabərləşdirib. Dever Orcill 26-cı dəqiqədə meydan sahiblərini mərkəzdən başlamağa məcbur edib. Meydan sahibləri isə 30-cu dəqiqədə Nazim Sanqarenin vurduğu qolla hesabı bərabərləşdiriblər. Lakin Dever Orcill 41-ci dəqiqədə özünün və komandasının üçüncü qolunu rəsmiləşdirib. Birinci hissə bu hesablar bitib. Oyunda son nəticəni 90-cı dəqiqədə qonağların hücumçusu Tayler Boyd müəyyənləşdirib. Beləliklə "Ankaragücü” səfərdə "Antalyaspor”u 4:2 hesabı ilə məğlub edib.


Bu qələbə sayəsində "Ankaragücü” xallarının sayını 30 çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib. "Antalyspor”sa 32 xalla 7- ci pillədə qərarlaşıb.


Türkiyə Superliqasında XXIV turun digər oyunları martın 2-3-4-də keçiriləcək. Turun digər qarşılaşmaları isə aşağıdakılardır.


"Bursaspor”-"Sivasspor”,


"Kayserispor”-"Beşiktaş”,


"Fənərbağça”- "Rizespor”,


"Konyaspor”-"Göztəpə”,


"Yeni Malatyaspor”- "Başakşəhər”,


"Ərzurumspor”- "Qalatasaray”,


"Akhisar Bələdiyəspor”- "Alanyaspor”,


"Kasımpaşa”- "Trabzonspor”. (AZƏRTAC)

Xəbər lenti