Xəzər Xəbər

"Yuventus" daha bir ulduz transfer edir

İdman | 18:14 • 1 Mart 2019
"Yuventus" daha bir ulduz transfer edir

Yayda Kriştiano Ronaldonu transfer edərək özündən söz etdirən "Yuventus" daha bir ulduzu heyətinə qatır.


Turin klubu "Mançester Yunayted"dən Romelu Lukakunu transfer edir. İngiltərə mətbuatı yazır ki, artıq italyanlar "Mançester Yunayted"lə danışqlara başlayıb və transfer mövsümün sonunda gerçəkləşəcək.


Qed edək ki, belçikalı futbolçu 2017-ci ildə "Everton"dan "Mançester Yunayted"ə 84,7 milyon avroya keçib. 25 yaşlı forvard cari mövsümdə 35 oyuna çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər lenti