Xəzər Xəbər

"Beşiktaş"ın baş məşqçi postuna namizədlər açıqlandı SİYAHI

İdman | 17:44 • 1 Mart 2019
"Beşiktaş"ın baş məşqçi postuna namizədlər açıqlandı

Hazırda "Beşiktaş"ı çalışdıran Şenol Günəş Türkiyə milli komandasının baş məşqçisi təyin olunub. Mütəxəssislə iyunun 1-də qüvvəyə minəcək 4 illik müqavilə imzalanıb. O, mövsümün sonunadək "Beşiktaş"a da rəhbərlik edəcək.


XəzərXəbər xəbər verir ki, "Beşiktaş" rəhbərliyi artıq baş məşqçi postuna namizədləri müəyyənləşdirib. Siyahıda 4 mütəxəssisin adı var.


Bunlar hazırda Şenol Günəşin köməkçisi olan Quti Hernandes, "Alanyaspor"u çalışdıran Sergen Yalçın, "Yeni Malatyaspor"a başçılıq edən Erol Bulut, işsiz olan Tayfun Korkut və Rza Çalımbaydı.


Bu mütəxəssislərdən 4-ünün əvvəllər "Beşiktaş"la yolları kəsişib. Belə ki, Rza Çalımbay peşəkar futbolçu karyerası ərzində (1980-1996) yalnız "Qara Qartal"ın şərəfini qoruyub, 2005-ci ildə komandanın baş məşqçisi olub.


Quti Hernandes 2010-2011-ci illərdə "Beşiktaş"da çıxış edib, ötən ildən komandada məşqçi kimi fəaliyyət göstərib.


Sergen Yalçın 1991-1997 və 2002-2006-cı illərdə "ağ-qara" formanı geyinib. Mütəxəssis 2009-2010-cu illərdə "Beşiktaş"ın əvəzedici komandasının baş məşqçisi olub.


Tayfun Korkut 2004-2005-ci illərdə İstanbul klubunda çıxış edib.


Yalnız Erol Bulutun indiyədək "Beşiktaş"la yolları kəsişməyib.

Xəbər lenti