Xəzər Xəbər

"Real" baş məşqçisini qovdu

İdman | 17:35 • 1 Mart 2019
"Real" baş məşqçisini qovdu

"Real"ın gənclərdən ibarət komandasının baş məşqçisi Alvaro Benito qovulub.


Buna səbəb onun "Kral Kuboku"nda "Barselona" ilə keçirilən oyundan sonrakı açıqlaması olub.


Belə ki, baş məşqçi əsas komandanın əzəli rəqibə 0:3 hesabı ilə yenildiyi oyunla bağlı fikirlərini bildirərkən məşqçilər korpusunu tənqid edib: "Əsas problem Kasemiro və Toni Kroos kimi futbolçuların meydanda olmasıdı. Onlar 1 dəqiqə belə oynamağa layiq deyillər".


Bu açıqlamadan sonra 43 yaşlı mütəxəssis istefaya göndərilib. Onu komandanın əfsanəsi futbolçu Raul Qonzalesin əvəz edəcəyi deyilir.


Qeyd edək ki, Alvaro Benito 1994-2002-ci illərdə "Real"da çıxış edib. O, 2015-ci ildən klubun B komandasına başçılıq edirdi.


Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti