Xəzər Xəbər

"Beşiktaş"ın sabiq ulduzu futbol klubu aldı, anası isə prezident oldu

İdman | 14:43 • 1 Mart 2019
"Beşiktaş"ın sabiq ulduzu futbol klubu aldı, anası isə prezident oldu

Çinin "Quançjou Everqrande" klubunda çıxış edən, "Beşiktaş"ın sabiq ulduzu Anderson Talişka futbol klubu alıb.

Futbolçu vətəni Braziliyada fəaliyyət göstərən "Sport Club Olimpia" adlı klubun səhmlərini öz adına keçirib və kluba prezident kimi anasını təyin edib.

Məsələ ilə bağlı açıqlama verən Talişka futbolla bağlı böyük arzularının olduğunu dilə gətirib: "Bu, hər zaman mənim arzum olub. Uşaqlıqdan futbolla məşğulam. Peşəkar futbola keçdikdən sonra isə bu haqda düşünməyə başladım. Nəhayət ki, bu arzumu reallaşdırdım. Tətillərimdə klubun işləri ilə maraqlanacam. Klubun işləri ilə daimi olaraq anam məşğul olacaq".

Xəbər lenti

Çox oxunanlar