Xəzər Xəbər

Yeni baş məşqçinin maaşı açıqlandı Dodaquçuqladan məbləğ

İdman | 14:29 • 1 Mart 2019
Yeni baş məşqçinin maaşı açıqlandı

Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunmuş Şenol Güneşin alacağı maaşın miqdarı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, təcrübəli baş məşqçi illik 3,2 milyon avro (19,5 milyon TL) maaş alacaq.

Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzalayan 66 yaşlı mütəxəssis bu müddət üçün 1 ildə əlavə gəlirlər xaric olmaqla, 12,8 milyon avro qazanacaq.

Qeyd edək ki, Şenol Güneş son olaraq "Beşiktaş”da işləyib. Həmin klubda illik 2,3 milyon maaş alıb.

Xəbər lenti