Xəzər Xəbər

Rakitiçdən transfer qərarı

İdman | 14:25 • 1 Mart 2019
Rakitiçdən transfer qərarı

"Barselona"dan ayrılacağı xəbərləri dolaşan İvan Rakitiç açıqlama verib.

Xorvatiya millisinin üzvü "İnter"lə anlaşdığı barədə gəzən xəbərləri təkzib edib:

"İspaniyada yaşamağı sevirəm. Ailəm Barselonda yaşamağı xoşlayır, çünki Sevilyadan uzaq deyilik. "Barselona"da qalmaq mənim üçün daha mükəmməldir".

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2021-ci ildə bitəcək.

Xəbər lenti