Xəzər Xəbər

”Barselona” klubu Luka Modriçi ələ saldı

İdman | 12:29 • 1 Mart 2019
”Barselona” klubu Luka Modriçi ələ saldı

Bundan sonra azarkeşlər arasında atışmalar başlanıb.

"Barselona" klubu 3:0 hesablı qələbə qazandıqları İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra "Real Madrid"in futbolçusu Luka Modriçi ələ salıb.

Kataloniya təmsilçisi öz "Twitter" səhifəsində xorvatiyalı yarımmüdafiəçinin yerə yıxılarkən Lionel Messinin futbolkasından dartdığı epizodu paylaşıb. Fotonun altına isə bu sözlər yazılıb: "Messinin formasını klubumuzun internet mağazasına girərək almaq daha asandır".

Bundan sonra azarkeşlər arasında atışmalar başlanıb.

Qeyd edək ki, Lionel Messi "Qızıl top"u əvvəllər 5 dəfə qazanıb.

Luka Modriç isə bu mükafatın son sahibidir.(report.az)

Xəbər lenti