Xəzər Xəbər

TFF-nin prezidenti istefa verdi

İdman | 17:27 • 28 Fevral 2019
TFF-nin prezidenti istefa verdi

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören istefa verib.


Bu barədə o özü açıqlama ilə çıxış edib.


Yıldırım Demirörenin istefasına səbəb sahibi olduğu "Demirören Holding"in Türkiyədə mərc oyunlarını təşkil edən "İddia" tenderini qazanması olub.


"26 fevral 2012-ci ildən rəhbərlik etdiyim TFF-dən İddia, Misli.com-un "Demirören Holdinq"in tərkibinə qatılmasından və müqavilələrin müddəti tamamlandığından istifa verirəm. Bu günə qədər şərəf və qürurla daşıddığım vəzifəni ictimaiyyət arasında mübahisələr yaranmaması və işimə kölgə düşməməsi üçün təhvil verirəm" deyə Yıldırım Demirören bildirib.


Fanat.Az

Xəbər lenti