Xəzər Xəbər

Mourinyo çalışdmaq istədiyi klubu açıqladı

İdman | 17:15 • 28 Fevral 2019
Mourinyo çalışdmaq istədiyi klubu açıqladı

"Mançester Yunayted"dən istefaya göndərildikdən sonra işsiz qalan Joze Mourinyo çalışdırmaq istədiyi komanda ilə bağlı açıqlama verib.


"La Gazzetta dello Sport"a danışan portuqaliya mütəxəssis "İnter"ə bənzəyən klubda çalışmaq istədiyini deyib: "İnter"ə bənzəyən, həyacan verici bir komandanı çalışdırmaq istəyirəm. İtaliyada futbolun səviyyəsi getdikcə artır. Digər komandalar "Yuventus"un mütləq hakimiyyətini təhdid etməyə çalışır. A Seriyası yaxında yenidən çox maraqlı çempionat olacaq.


Bir müddət əvvəl "İnter"ə qayıdacağı deyilən Mourinyo bununla bağlı bunları deyib: "İndi bu suala cavab vermək istəmirəm. Amma gələcəkdə insanların çalışmaqdan xoşbəxt olduğu bir klubda işləmək istəyirəm".


Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"ə başçılıq edib. Komanda onun rəhbərliyi altında 2 dəfə A Seriyasının, 1 dəfə İtaliya Kubokunun, ölkə Super Kubokunun və Çempionlar Liqasının qalibi olub.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar