Xəzər Xəbər

Qvardioladan "Barselona"ya ağır zərbə

İdman | 16:28 • 28 Fevral 2019
Qvardioladan "Barselona"ya ağır zərbə

"Mançester Siti" "Benfika"nın iki mövsümlük Frankfurt "Ayntraxt"ına icarəyə verdiyi Luka Yoviçə elçi düşüb.


İngiltərə təmsilçisi baş məşqçisi Pep Qvardiola sabiq klubu "Barselona"nın almaq istədiyi serb hücumçunun alınmasını tələb edib.


"Barselona" bu futbolçu üçün "Benfika"ya 40 milyon avro təklif edib. Yoviç həmçinin "Çelsi"nin də maraq dairəsindədi.


Qeyd edək ki, Yoviç 2016-cı ildə Cənubi Kiprin "Apollon" klubundan "Benfika"ya 6,6 milyon avroya transfer olunub. O, Bundesliqada keçirdiyi 21 oyunda 15 qol vurub və bombardirlər yarışına başçılıq edir. 21 yaşlı forvard bu mövsüm oynadığı 31 matçda 21 qol vurub və 7 məhsuldar ötürmə verib.

Xəbər lenti