Xəzər Xəbər

Bakıdakı Avroliqanın finalına biletlər satışa çıxarılır QİYMƏTLƏR

İdman | 16:15 • 28 Fevral 2019
Bakıdakı Avroliqanın finalına biletlər satışa çıxarılır

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalının biletləri martın 7-dən etibarən satışa çıxarılacaq.

XəzərXəbər xəbər verir ki, martın 7-si, Bakı vaxtı ilə saat 17:00-da Uefa.com saytında biletlərin satışına start veriləcək.

Onlayn bilet satışı martın 21-i bizim vaxtla saat 17:00-dək davam edəcək. 64 minlik Bakı Olimpiya Stadionunun yalnız 37500 yerinə bilet azarkeşlərə satılacaq.

İki finalçı komandanın azarkeşlərinə satılması üçün biletlərin sayı daha sonra təsdiqlənəcək. Bu təsdiqdən sonra qalan biletlər yerli təşkilat komitəsinə, milli assosiasiyalara, kommersial tərəfdaşlara və TV yayımçılara təqdim ediləcək.

Biletlərin qiymətləri də bəllidir. Dördüncü kateqoriya biletlər üçün məbləğ 30 avro, üçüncü kateqoriya üçün 50 avro, ikinci kateqoriya üçün 90 avro və birinci kateqoriya üçün 140 avro olacaq.

Fiziki məhdudiyyətli tamaşaçılar üçün qiymət 30 avroyadır. Gənclər üçün paket təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq.

Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) ümumi ictimaiyyət üçün satışda olacaq.

Hər bir adam maksimum dörd bilet sifariş edə bilər. Biletlər şəxsiləşdiriləcək və hər bir müraciətçinin şəxsi göstəiciləri bilet portalında əks olunacaq.

Müraciətçilər aprelin 5-dən etibarən e-mail vasitəsilə müraciətlərinin nəticəsi barədə məlumatlandırılacaq.

Azərbaycandan kənardan edilən müraciətçilərin biletləri UEFA-nın rəsmi mobil bilet proqramı (tətbiq) vasitəsilə çatdırılacaq. Azərbaycanlı fanatların isə kağız bilet və ya mobil bilet seçmək imkanı olacaq.

Xəbər lenti