Xəzər Xəbər

Türkiyə millisinin baş məşqçisinin adı açıqlandı

İdman | 15:03 • 28 Fevral 2019
Türkiyə millisinin baş məşqçisinin adı açıqlandı

Türkiyə millisi yeni baş məşqçisini rəsmən açıqlayıb.

XəzərXəbər xəbər verir ki, federasiya millini Şenol Günəşə tapşırdığını rəsmən açıqlayıb. 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu postda Mirça Luçeskunu əvəz edib.

Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.

Qeyd edək ki, Şenol Günəş mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq.


Xəbər lenti