Xəzər Xəbər

“Bavariya” iki futbolçu transfer edir

İdman | 14:59 • 28 Fevral 2019
“Bavariya” iki futbolçu transfer edir

Almaniyanın "Bavariya" klubu heyətini iki futbolçu ilə gücləndirib. Bu barədə"Bild” nəşri yazıb.

Münhen klubu "Leyptsiq”dən hücumçü Timo Verner və "Atletiko”dan isə müdafiəçi Lukas Ernandeslə anlaşıb.

Hər iki futbolçu "Bavariya”da oynamağa razılıq veriblər.

Qeyd edək ki, Verner Almaniya, Ernandes isə Fransa millisinin əsas üzvləridir./faktxəbər

Xəbər lenti