Xəzər Xəbər

Millinin baş məşqçisinin köməkçiləri müəyyənləşib

İdman | 14:08 • 28 Fevral 2019
Millinin baş məşqçisinin köməkçiləri müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikolay Yurçeviçin köməkçiləri bəlli olub.

XəzərXəbər-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Mario Tokiç və Arif Əsədov milli komandada baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq. Dmitri Kramarenko millinin qapıçılar üzrə məşqçisi olacaq.

Qeyd edək ki, Mario Tokiç xorvatiyalıdır və Nikola Yurçeviç onu Bakıya özü ilə gətirib. Arif Əsədov əvvəllər müxtəlif komandalarda baş məşqçi kimi çalışıb. O, "Neftçi" ilə 2010-2011 mövsümündə Azərbaycan çempionu adını qazanıb. Dmitri Kramarenko isə daha əvvəl Qurban Qurbanovun rəhbərliyi dövründə də məşqçilər heyətində yer alıb.

Xəbər lenti