Xəzər Xəbər

"Napoli"dən İkardiyə rekord təklif

İdman | 13:28 • 28 Fevral 2019
"Napoli"dən İkardiyə rekord təklif

"İnter"dən mövsümün sonunda ayrılacağı gözlənilən Mauro İkardiyə "Yuventus"dan sonra "Napoli" də maraq göstərir.

Neapollular argentinalı hücumçuya illik 9+2 milyon avro maaş ödəməyə hazırdır. Əgər İkardi təklifi qəbul etsə, Kriştiano Ronaldodan sonra A Seriyasında ən çox məvacib alan futbolçu olacaq.

Qeyd edək ki, 26 yaşlı hücumçunun Milan klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.

Xəbər lenti