Xəzər Xəbər

“Yeni Malatyaspor” klubu Türkiyə Kubokunun yarımfinalına yüksəlib

İdman | 09:19 • 28 Fevral 2019
“Yeni Malatyaspor” klubu Türkiyə Kubokunun yarımfinalına yüksəlib

Fevralın 27-də futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşmaları baş tutub.


Xezerxeber.az xəbər verir ki, "Yeni Malatyaspor” klubu səfərdə "Göztəpə” ilə qarşılaşıb.


Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə tamaşaçılar yalnız bir qol izləyə biliblər. Görüşün 73-cü dəqiqəsində "Göztəpə”nin hücumçusu Kameron Cerom hesabı açıb. Oyunun əsas vaxtı 1:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında Malatyada keçirilən qarşılaşma da eyni hesabla başa çatdığından, görüşdə əlavə vaxt oynanılıb. Artırılmış 30 dəqiqəlik müddətdə tərəflərdən heç biri fərqlənə bilməyib.


Qalibi müəyyən etmək üçün on bir metrlik zərbələr təyin olunub. Bu mərhələdə daha dəqiq oynayan qonaq komanda "Yeni Malatyaspor" 5:3 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.


Onun bu mərhələdəki rəqibi "Qalatasaray” olacaq.

Xəbər lenti