Xəzər Xəbər

Günorta yatmağın faydası varmı?

İdman | 16:54 • 27 Fevral 2019
Günorta yatmağın faydası varmı?

ABŞ-dakı Dyuk universitetinin və Sinqapur milli universitetinin alimləri gərgin dərs proqramı fonunda gündüz yuxusunun yeniyetmələrin idrak qabiliyyətinə və sağlamlığına necə təsir göstərməsini araşdırıblar. Belə nəticəyə gəliblər ki, bu yuxu zehni qabiliyyəti yaxşılaşdırır.

Yeniyetmələrə hər gün 8-10 saat yatmaq tövsiyə olunur. Amma tədqiqatlar və fəal sosial həyata görə onlar çox az yatmaq məcburiyyətində qalırlar. Sinqapur alimləri maraqlı düstur təklif edirlər. Onlar hesab edir ki, gecə 6,5 saat yatmaqdansa, gecə 5 saat, üstəgəl, gündüz yarım saat rejimi daha məqsədəuyğundur.

"Sleep” jurnalının yazdığına görə, alimlər konkret eksperiment də keçiriblər. Eksperimentdə 15-19 yaş arası 58 yeniyetmə iştirak edib. Onlar bir neçə gün tibb işçilərinin müşayiəti ilə xüsusi yataqxanada qalıblar. Polisomnoqraf yeniyetmələrin yuxu rejimi haqda hesabat hazırlamağa kömək edib. Hesabatda yazılıb: "Gecə 5, gündüz 1,5 saat yatanlar özünü gecə 7 saat yatanlardan daha yaxşı hiss edirdi. Onlar yuxulu görünmürdülər, məhsuldarlıq, informasiya qəbul etmə qabiliyyəti yüksək idi. Gün ərzində əhvalları da yaxşı olurdu”.

Amma bu rejimin də öz qüsurları var. Yuxunun gecə və gündüz prosesinə bölünməsi qanda şəkər miqdarını bir az artırır. Yəni şəkər xəstəliyinə tutulmaq ehtimalı da müəyyən qədər artır.

Xəbər lenti