Xəzər Xəbər

Mourinyo ədəbsiz jest haqda: "Simeonenin etdiyini mən etsəydim..."

İdman | 16:49 • 27 Fevral 2019
Mourinyo ədəbsiz jest haqda:

Joze Mourinyo "Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin ədəbsiz jesti haqda danışıb.

"Marka”nın məlumatına görə, portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda ("Atletiko” "Yuventus”u 2:0 hesabıyla yenib) vurulan qolu ədəbsizliklə bayram edən Simeonenin canını ucuz qurtardığını düşünür:

"Simeonenin hərəkətini mənim etdiyimi təsəvvürünüzə gətirə bilərsiz? Poçettinonun etdiyini necə, edərdim? Bunları mən etmiş olsaydım, ara sakitləşməzdi. Simeone vəziyyətdən çıxa bilib, belə desək, canını ucuz qurtarıb. Mən olsaydım, hər şey belə sakit sovuşmazdı. Mənə hər zaman fərqli yanaşıblar. Bilmirəm, niyə belədi...”

Fanat.Az

Xəbər lenti