Xəzər Xəbər

Avropada transfer bombası: Marselonun yeni klubu müəyyənləşdi - AÇIQLAMA

İdman | 16:19 • 27 Fevral 2019
Avropada transfer bombası:

Mövsümün əvvəlində Kriştiano Ronaldonu transfer edən "Yuventus" "Real"ın daha bir ulduzunu heyətinə qatır.


İtaliya mediası xəbər verir ki, "Ayaks"ın sol cinah müdafiəçisi Nikolas Taqliafikonun transferindən vaz keçən Turin klubu Marselonu transfer edir. Marselo özü də yenidən Ronaldo ilə eyni komandada oynamaq üçün İtaliyaya getmək istəyir.


Nikolas Taqliafikonun meneceri bu xəbəri təsdiq edib: "Taqliafiko "Real"ın transfer siyahısındadı. Çünki Marselo yayda "Yuventus"a gedəcək. Müştərimin müqaviləsinin bitməsinə iki il var və sözləşmədə sərbəst qalma maddəsi yoxdu. Amma "Ayaks" Avropa klubları üçün müəyyən məbləğ müəyyənləşdirib".


Qeyd edək ki, Marselo 2007-ci ildə "Fluminense"dən "Real"a 6,5 milyon avroya transfer olunub. 30 yaşlı müdafiəçi cari mövsümdə 24 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti