Xəzər Xəbər

Falkao danışıqlar üçün Romaya yollandı

İdman | 15:47 • 27 Fevral 2019
Falkao danışıqlar üçün Romaya yollandı

"Monako”nun və Kolumbiya millisinin hücumçusu fevralın 25-dənRomadadı.

Futbolçu İtaliya Kubokunun yarımfinalı çərçivəsində bu gün keçiriləcək "Latsio” – "Milan” matçını da canlı izləyəcək.

İtaliya mətbuatı forvardın hər iki klubun nümayəndələri ilə görüşəcəyini və mümkün əməkdaşlığı müzakirə edəcəyini qabardıb.

Qeyd edək ki, bu mövsüm "Monako” formasıyla çıxdığı 22 çempionat oyununda 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan ön xətt oyunçusu 2020-ci ilin yayına qədər iş yerini dəyişmək istəyir.

Fanat.Az

Xəbər lenti